Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:35

Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı təsdiqlənib


Ramana kəndi

Ramana kəndi

Prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Təsdiq edilən yeni proqramda 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin elektrik enerjisi, qaz, su, kanalizasiya, istilik təchizatının, ekoloji vəziyyətin yaxşılaşdırılması, yolların və digər infrastruktur obyektlərinin inşası, sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması vəd edilir.
Proqramda daha sonra yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılacağı qeyd edilir.

Proqramın əsas hissəsi “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində görülən işlərə dair hesabatdan bəhs edir.

Qeyd olunur ki, həmin proqramla Bakıda və onun ətraf qəsəbələrində ciddi abadlıq işləri görülüb.

Tənqidçilər hökumətin Bakı və ətraf qəsəbələrdə daha çox prezidentin xanımı Mehriban Əliyevanın deputat seçildiyi rayonlara diqqət yetirdiyini, paytaxta yaxın kənd və qəsəbələrdə hələ də ciddi elektik, qaz, su, işsizlik problemlərinin qaldığını dyeirlər.
XS
SM
MD
LG