Keçid linkləri

2017, 25 Noyabr, şənbə, Bakı vaxtı 00:34

Müharibə veteranlarına 500 manat veriləcək


Böyük Vətən müharibəsi iştirakçıları
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş döyüşçülərin dul arvadlarına birdəfəlik yardım verilməsi barədə sərəncam imzalayıb.

Qələbənin 66-cı ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə çalışıb orden və medallarla təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200 manat birdəfəlik maddi yardım veriləcək.

Bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 8.7 milyon manat vəsait ayrılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG