Keçid linkləri

2024, 21 Aprel, bazar, Bakı vaxtı 03:07

Saakaşvili azərbaycanlılarla həmrəy olduğunu deyir


Gürcüstan prezidenti Mixail Saakaşvili martın 21-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Novruz bayramı şənliyində iştirak edib.

Saakaşvili əvvəlcə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla birlikdə Azərbaycanın Marneulidə inşa etdiyi «Çay Evi»nin təməlini qoyduqdan sonra idman kompleksini açıb.

O, Novruz şənliyi münasibəti ilə azərbaycanlıları təbrik edib.

Gürcüstan prezidenti Novruz bayramını azərbaycanlılarla birgə qeyd etməyin ənənə halını aldığını, bunun bir həmrəylik simvolu olduğunu bildirib.
XS
SM
MD
LG