Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:00

İki şikayətə görə cinayət işi başlanılıb


VƏZİFƏLİ ŞƏXSLƏR BARƏSİNDƏ HƏBS- QƏTİMKAN TƏDBİRİ SEÇİLİB


Baş prokurorluğun «Qaynar xətt» edilən iki şikayətlə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad və Kürdəmir rayon mərkəzlərində vətəndaşların qanunla qorunan mənafelərinə zərər vurmaları ilə bağlı cinayət işi başlanılıb.

Həmin qurumların vəzifəli şəxsləri barəsində həbs- qətimkan tədbiri seçilib.

Bundan başqa «qaynar xətt»ə Sabirabad, Kürdəmir, Quba, Ağcabədi, Ağdaş, İsmayıllı, Ağdam, Laçın, Gəncə şəhəri, Bakı şəhərinin Nizami rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətindən edilən şikayətlər də araşdırılıb.

Məlum olub ki, vətəndaşlara hesablanmış ünvanlı sosial yardımın 4-6 ayının pulları rayon mərkəzlərinin vəzifəli şəxsləri tərəfindən mənimsənilib. Həmçinin yardımın təyin edilməsi üçün onun müəyyən hissəsinin gələcəkdə vəzifəli şəxslərə veriləcəyi şərti ilə yardım təyin edilib.

HÜQUQPOZMALARINA DAİR 747 MÜRACİƏT DAXİL OLUB


Məlumatda mövcud vəziyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlar üzərində lazımı nəzarətinin olmaması üzündən baş verdiyi bildirilir.

Vətəndaşların müraciətlərinin qəbulu və onlara operativ baxılmasının təmin edilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində martın 3-dən 161 nömrəli «Qaynar xətt» əlaqə mərkəzi fəaliyyətə başlayıb.

İndiyə qədər mərkəzə korrupsiya hüquqpozmalarına dair 747 müraciət daxil olub.

Prokurorluğun məlumatına görə, müraciətlər əsasən əhalinin sosial müdafiəsi, mülkiyyət hüquqlarının qeydə alınması, dövlət və bələdiyyə torpaqlarının qanunsuz olaraq satılması, bələdiyyə, yerli icra orqanları, səhiyyə, təhsil, gömrük, nəqliyyat, polis, məhkəmə hakimiyyəti orqanları və digər sahələrlə əlaqədar olub.
XS
SM
MD
LG