Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 15:34

Əlcəzair prezidenti islahatlar söz verir


Əlcəzair prezidenti Əbdüləziz Buteflika ölkədə siyasi islahatlar aparacağına söz verib.

Repressiv idarəçilik üsulları, kasıbçılıq və işsizlik son həftələrdə Əlcəzairdə kütləvi aksiyalara səbəb olmuşdu.

Buteflika öz planlarının “ölkə tarixində yeni səhifə” olacağını söz verib.

“Siyasi islahatlar olmadan ədliyyə, təhsil və inzibati sahədəki islahatlar bəhrə verə bilməz” – deyə prezident bildirib.

Buteflika 1999-cu ildə hakimiyyətə gəlib. Opponentləri həmin seçkinin saxtalaşdırıldığını bildirirlər.
XS
SM
MD
LG