Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

Həkimlərin əməkhaqqı, yollar üçün 500 milyon və...


Mətbuat icmalı
Mətbuat icmalı
PROKURORLUĞA TELEFON DİNLƏMƏK İZİNİ VERİLDİ

Milli Məclisin martın 18-də keçirilən iclasında «Əməliyyat-axtarış fəaliyyəti» haqqında qanuna dəyişiklik edilib. Bu barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyn bildirib ki, dəyişiklik layihəsini Milli Məclisə prezident İlham Əliyev göndərib.

«Bizim Yol» qəzeti yazır ki, dəyişikliyə əsasən, Korrupsiyaya qarşı mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyəti zamanı poçt göndərişlərinin, rabitə xidmətləri göstərən fiziki və hüquqi şəxslərin stansiya avadanlıqlarına qoşulmaqla telefon danışıqlarına qulaq asmağa izn verilir.

«Bizim Yol» həmçinin yazır ki,

BU İL BAKI YOLLARINA 500 MİLYON AYRILIB

«İnvestisiya layihələrində ən böyük paya malik olan nəqliyyat, təhsil və səhiyyə sektoruna aid layihələrə nəzər yetirdikdə, böyük məbləğdə vəsaitlərin ayrıldığı məlum olur. Ən böyük yatırım ötən illərdə olduğu kimi, Nəqliyyat Nazirliyinə məxsusdur. Cəmi 16 layihəyə 842 mln. 302 min manat pul ayrılıb... Paytaxta yaxınlaşdıqca, xərclər hansı səbəbdənsə daha da böyüyür. Halbuki, nəqliyyat xərcləri baxımından Bakıda tikinti daha da ucuz başa gəlməlidir».

BAKIDAKI AMERİKA ŞİRKƏTİ MÜXALİFƏTÇİ GƏNCLƏRİ SATIR


«Yeni Müsavat» qəzeti yazır:

««Forbes» jurnalının yazılarının birində deyilir ki, Bakıdakı ABŞ şirkəti «Facebook»da psevdonimlə yazışan müxalifətçi fəalların yerlərini müəyyən etmək üçün Pentaqonun sifarişi ilə hazırlanmış məxfi kompüter proqramını hakimiyyətə ötürüb. Bu faktı anonim beynəlxalq hakerlər qrupu üzə çıxarıb. Məlum olub ki, baş ofisi ABŞ-ın Virciniya ştatında yerləşən «Booz Allen Hamilton» konsaltinq şirkətinin proqram təminatını bəzi ölkələrə ötürməsi nəticəsində müxalifətçilərdən bir çoxu həbs edilib».

«RADİKAL MÜXALİFƏT GƏNCLƏRİ İTAƏTSİZLİYƏ ÇAĞIRIR»

«Biz gənclərə də aydındır ki, radikal müxalifət gəncləri itaətsizliyə çağırır. Xüsusilə də, universitetlərdə təhsil alan gənclərdən istifadə etməyə cəhd edirlər. Mən tam əminəm ki, Azərbaycanda heç bir gənc düşmənlərin maraqlarının həyata keçirilməsinə imkan və radikallara da dəstək
Həkimlər daha yüksək əməkhaqqı təklif edən özəl klinikalara üz tutur
verməz».

«Yeni Azərbaycan» qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov belə deyib.

YAP rəsmisi qeyd edib ki, hazırda gənclərin əsas vəzifəsi prezidentin siyasətini dəstəkləməklə ideoloji cəhətdən silahlanmaqdır.

HƏKİMLƏR ÖZƏL KLİNİKALARA AXIN EDİR

«Hökumətin kompleks tədbirlər keçirmədən antikorrupsiya tədbirlərinə başlamasının ciddi fəsadlara səbəb olacağı ilə bağlı proqnozlar verilirdi. Artıq bu proqnozlar özünü doğrultmaqdadır». «Azadlıq» qəzeti belə yazır:

«Artıq cüzi əməkhaqqı ilə dövlət müəssisələrində çalışanlar özəl müəssisələrə üz tutmağa başlayıb. Bu, özünü tibb sahəsində xüsusilə göstərir, Dövlət xəstəxanalarında çalışan həkimlər daha yüksək əməkhaqqı təklif edən özəl klinikalara üz tutur. Görünür, bu məsələ artıq hökuməti də narahat etməyə başlayıb. Milli Məclisin son iclasında tibb işçilərinin dövlət müəssisələrindən özəl müəssisələr axınının qarşısının alınması təklifi səsləndirilib. Artıq parlamentin sosial siyasət komitəsinin sədri müavini Musa Quliyev həkimlərin əməkhaqqımın qaldırılması məsələsinin aktual olduğunu deyib».

«QAYNAR XƏTT» ŞİKAYƏTİ ÜZRƏ CİNAYƏT İŞİ BAŞLANIB

«Azərbaycan» qəzeti yazır ki, korrupsiya hüquqpozmaları barədə 161 saylı «Qaynar xətt»ə daxil olan məlumatların ikisi üzrə cinayət işi açılıb:

Qəzet yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların fəaliyyətindən şikayətlər artıb:

«Bu qəbildən olan şikayətlərin əksəriyyəti Sabirabad, Kürdəmir, Quba, Ağcabədi, Ağdaş, İsmayıllı, Ağdam, Laçın, Gəncə şəhəri, Bakı şəhərinin Nizami rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olub.

Müəyyən edilib ki, vətəndaşlara hesablanmış ünvanlı sosial yardımın 4-6 ayının pulları rayon mərkəzlərinin vəzifəli şəxsləri tərəfindən mənimsənilib. Həmçinin, yardımın təyin edilməsi üçün onun müəyyən hissəsinin vəzifəli şəxslərə verilməsi şərt kimi qoyulub».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG