Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 23:46

Liviya üzərindən uçuşlar qadağan oluna bilər


Liviya üzərindən uçuşların qadağan olunmasını dəstəkləyənlər bu gün BMT Təhlükəsizlik Şurasında qətnaməni səsə qoymağa çağırıblar.

Bu sənəd qəbul olunsa Muammar Qaddafi qüvvələrinin üsyançılara havadan zərbə endurməsini əngəlləmək olar.

Bu ərəfədə ABŞ-ın qurumdakı səfiri Susan Rice deyib ki, mülki vətəndaşları qorumaq məqsədilə «uçuşların qadağan» olunmasına getməli olacaqlar. Həmçinin səfir Liviya əleyhinə olan sanksiyaların genişləndirilməsi də nəzərdə tutulduğunu da deyib.

Britaniya və Fransa, Ərəb Liqası dövlətləri çalışırldıar ki, BMT uçüşların qadağan olunması ilə bağlı qərar qəbul etsin.

ABŞ əvvəlcə bu məsələyə ehtiyatla yanaşmışdı.

Veto hüququ olan Rusiya ilə Çin hərbi müdaxilənın lazım olmasına şübhə edirlər.
XS
SM
MD
LG