Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Azərbaycanla Türkmənistan razılığa gəldilər


Azərbaycan, Türkmənistan və Avropa Birliyi yeni qaz kəmərinin çəkilişi ilə bağlı razılıq əldə ediblər.

“İnterfaks-Azərbaycan” yazır ki, bu haqda sənaye və energetika naziri Natiq Əliyev martın 16-da jurnalistlərə deyib.

Nazir bildirib ki, bu məsələni yaxınlarda Frankfurtda enerji komissarı ilə müzakirə ediblər. Müzakirədə Türkmənistan tərəf də iştirak edib.

Nazirin sözlərinə görə, Bakıyla Aşqabad iki ölkəni birləşdirəcək yeni qaz xəttinin çəkilişi üzərində işləyirlər.

“Biz işçi qrup yaratmaqla bağlı razılaşmışıq. Bu qrupa Avropa Birliyinin, Azərbaycandakı xarici şirkətlərin, elcə də Dövlət Neft Şirkətinin ekspertləri də daxil olacaq”.

Nazirin sözlərinə görə, Cənub Dəhlizi ilə bağlı AB-nin, AZərbaycanın, Türkmənistanın mövqeyini əks etdirən siyasi bəyannamə də qəbul ediləcək.
Bundan başqa, hökumətlərarası razılaşma imzalanacaq.
XS
SM
MD
LG