Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda AzadlıqRadiosunua Arif Hacılı özü məlumat verib.
O deyir ki, oğlu Orxan Hacılı bir saatdan çox Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsində saxlanılıb.
«Orxan ABŞ səfirliyi yaxınlığında dostunu gözləyirmiş. Polisin gözünə şübhəli şəxs kimi görünüb. Mənə belə izah etdilər ki, onu saxlamaqda məqsəd şəxsiyyətini müəyyənləşdirməkdir».
Arif Hacılının sözlərinə görə, bir saatlıq yoxlamadan sonra oğlu buraxılıb.
19 yaşlı Orxan Hacılı Kıbrısda Doğu Akdeniz Universitetində oxuyur. Bakıya Novruz bayramını qeyd eləməyə gəlib.