Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

Hillari Klinton Parisdə Liviya müxalifəti ilə görüşüb


ABŞ dövlət katibi Hillari Klinton Liviya müxalifətinin aparıcı şəxsləri ilə danışıb. Nə Klinton, nə də Mahmud Jibril görüşlə bağlı hər hansı şərh verib. Onlar Parisdə bahalı bir pteldə görüşüblər. Əvvəllər Klinton Fransa prezidenti Nicolas Sarkozi ilə Liviya problemini müzakirə edib. Sarkozi Briyaniyanın baş naziri David Cameronla birgə Liviyada uçuşların qadağan olunmasını istəyir.

Liviya lideri Muammar Qaddafi üsyançılara havadan da zərbələr endirir.
Eyni vaxtda BMT-nin xüsusi nümayəndəsi Abdelilah Al-Khatib Tripolidə Liviyanın xarici işlər naziri Moussa Koussa danışıqlar aparıb.
XS
SM
MD
LG