Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Eyvaz Əlləzoğlunun uşaqlarına dərhal ev verilməlidir


Rasim Qaraca
Rasim Qaraca
Rasim QARACA


Yazıçı Eyvaz Əlləzoğlu vəfat etdi. Bir yazıçının ölməsi mənim üçün elə mənim özümün ölməyim deməkdir.

Əlbəttə söhbət yazıçıdan gedir. Eyvaz mənim tanıdığım namuslu yazıçılardan biri idi, onun qələmini hər zaman qiymətləndirmişəm.

Gürcü ədəbi nəsri üzərində formalaşn əsərləri fərqli bir üsluba malikdir Eyvazın.

Açıq dilə gətirməsə də bizim aramızda elə xarici bir vətəndaş kimi yaşayırdı.

Buradakı ədəbiyyat söhbətlərinə və yazıçılıq anlayışına uyuşa bilmirdi. Haqqın öz yerini tapacağına inanar, səbrlə ədəbiyyatın qara fəhləçiliyini edərdi.

Yazıçılar Birliyinin üzvü idi Eyvaz, 20 ilə yaxın bir müddət ərzində bu təşkilatdan ev alacağı ümidilə yaşayırdı, ancaq öz aqibəti elə faciələr içində yaşayan qəhrəmanlarının aqibəti kimi oldu.

Eyvaz kirayədə yaşayırmış. Elə kirayədə yaşadığı bu evdə həyat yoldaşı onun itkisinə dözə bilməyərək intihar edib.

Bu çox böyük faciədir. Azərbaycan yazıçısının bu günkü taleyini göstərən amansız bir faciə.

Yazıçılara qarşı necə böyük bir ədalətsizlik olduğunu bu hadisə açıq-aşkar gözlər önündə sərgiləyir.

30 ilə yaxın tanışlığımız ərzində mən Eyvazı hər zaman ədəbiyyatla nəfəs alan, ədəbiyyatla yaşayan bir insan kimi görmüşəm.

Əsl ziyalı, mütaliləli, öz çətinlikləri, dolanışıqsızlığı içərisində yaradıcılıq qığılcımını qoruyub saxlayan bir insanı təsəvvürünüzdə canlandırırn.

Eyvaza hər zaman Yazıçılar Birliyini tərk etməsini, azad yazıçı həyatı yaşamasını tövsiyə etmişəm.

Bu təşkilatdan ona heç bir xeyir gəlməyəcəyini dəfələrlə dilə gətirmişəm.

Ancaq Eyvaz öz sadə təbiəti ilə hər şeyin yaxşı olacağına inanırdı, üzvü olduğu bu təşkilata sədaqətini qoruyub saxlayırdı.

20 ilə yaxın bir müddət ərzində Yazıçılar Birliyinin ona ev verəcəyinə sadəlövhlüklə inanırdı.

Yazıçılar Birliyi bu illər ərzində kimlərə ev verməyib və ya kimlərə ev verib.

İndi bu evlərdə yaşan insanların hamısının üzərində Eyvazın fəalkətli həyatının kölgəsi var. Eyvaz Əlləzoğlu bilavasitə Azərbaycan Yazıçılar Birliyinin qurbanıdır.

Onun bu gün yurdsuz yuvasız qalan 3 övladının taleyinə cavabdeh olan insanlar Yazıçılar Birliyindən ev alan və bu evləri paylayan insanlardır.

Eyvazın ölümündən həftələr sonra onun qələm dostlarının, Yazıçılar Birliyinin, yazıçı həmyerlilərinin qeyrətə gələcəyinə ümid edirdim, bəlkə ölümündən sonra məsələ qaldıralar, tələb edələr, həyatdan erkən yaşda getmiş yazıçının övladlarını kirayə məşəqqətindən qurtaralar.

Eyvaz Əlləzoğlu
Ancaq yazıçı dostlar yas yerinə toplaşaraq və ağıaşaraq öz borclarını bitmiş sandılar.

Heç bu dünyada yoxmuş kimi Eyvazı, o gözəl, sadə qəlbli insanı yoxluğun girdabına tərk etdilər.

Mən Yazıçılar Birliyinin üzvü olmasam da, Eyvazla yaxın dostluğumuz olmasa da, onun yaradıcılığının Azərbaycan ədəbiyyatı üçün qiymətini dərk edərək Azərbaycan Yazıçılar Birliyindən və Azərbaycan Mədəniyyət Nazirliyindən tələb etməyi özümə borc bilirəm: yazıçı Eyvaz Əlləzoğlunun kimsəsiz qalmış övladları təcili olaraq evlə təmin olunmalıdır.

Və üzümü Yazıçılar Birliyindən ev almış bütün yazıçılara tutub deyirəm; lütfən yazıçı həmkarınızın övladlarının, ata və analarının faciəli ölümündən sonra evlə təmin olunmasını tələb edin, yoxsa yaşadığınız o ev sizə zindan kimi olacaq, bunu bilin.

Həmçinin oxu
Yazıçı Eyvaz Əlləzoğlu vəfat etdi
Yazıçının həyat yoldaşı intihar etdi

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG