Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 04:51

Qahirənin mərkəzində aksiyaçılara hücum edilib

Misir müxalifəti bu gün Qahirənin mərkəzi meydanında naməlum adamların aksiyaşılara hücum etdiklərini xəbər verir.

Baş vermiş toqquşmada bir neçə adamın xəsarət aldığı bildirilir.

Keçmiş prezident Hosni Mobarak bu ilin fevralında hakimiyyətdən uzaqlaşdırıldıqdan bu yana ölkədə müntəzəm atiraz aksiyaları keçirilir.

Aksiyaçılar bütün siyasi məhbusların azad edilməsi və fövqəladə vəziyyət rejiminin ləğv olunmasını tələb edirlər.
This item is part of
XS
SM
MD
LG