Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

Britaniyalı diplomatlar Liviyada üsyançılarla danışıqlar aparır


Britaniyalı diplomatlar Liviyanın Benqazi şəhərində üsyançılarla 8 Britaniya hərbçisinin azad edilməsini müzakirə edirlər.

Bu barədə hüquq müdafiəçiləri və üsyançıların nümayəndələri xəbər verirlər.

Onlarla yaxşı rəftar olunduğu və azad olunacaqları barədə razılıq əldə ediləcəyi bildirilir.

Böyük Britaniyanın xarici işlər nazirliyi hələlik xüsusi təinatlı qüvvələrin Liviyada ələ keçirildiyini rəsmi şəkildə təsdiqləməyib. Amma Benqazidə bir qrup britaniyalı diplomatın olmasını etiraf edib.

Sunday Times qəzetinin yazdığına görə hərbçilər Benqazidə üsyançılarla əlaqə yaratmaq istəyən britaniyalı diplomatı müşaiyət edirmişlər.
XS
SM
MD
LG