Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

Elçin Həmidov 52 yaşında vəfat edib


Azərbaycanın əməkdar artisti Elçin Həmidov 52 yaşında vəfat edib.

Martın 5-də onun meyiti evində aşkarlanıb. Həmkarları aktyordan xəbər çıxmayınca onun evinə gediblər. Elçin Həmidov qapının zənginə cavab vermədikdə işə FHN-nın xilasediciləri qarışmalı olub. Onlar içəri girərək aktyoru evində ölmüş vəziyyətdə tapıblar.

Elçin Həmidovun martın 4-də ürək tutmasından vəfat etdiyi bildirilir.

Tamaşaçıların yaddaşında daha çox “Planeta parni iz Baku” qrupunun üzvü kimi qalan Elçin Həmidov 1958-ci ildə Bakıda anadan olub. 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
XS
SM
MD
LG