Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:06

2011-c il - e-kitabların ili?


Bu il Britaniyada elektron kitabların sürətli artımı gözlənilir.

Dünya şöhrətli "Harry Potter" kitablarını çap etmiş Bloomsbury nəşriyyat evi bu həftə öz aralıq hesabatını açıqlayıb.

Məlum olub ki, bu nəşriyyatda elektron kitabların (e-kitab) satışı çap nəşrlərinin satışından cəmi 10% geri qalır. Nəşriyyat ötən il 1800 e-kitab buraxıb.

Bloomsbury-nin icraçı direktoru Nigel Newton rəqəmsal təkliflərin sayını genişləndirməyi planlaşdırdıqlarını bildirib.

Onun iddiasına görə, bu il “e-kitabların ili olacaq”.

Telegraph qəzeti yazır ki, onun yanıldığını demək çətindir, xüsusilə, Birləşmiş Ştatlara nəzər yetirilərsə. ABŞ-da e-kitabların satışı sürətlə inkişaf edib, son aylarsa bu sənaye ətrafında müxtəlif mübahisələr yaranıb.

Naşirlər və pərakəndə ticarətçilər yeni qiymətləndirmə və hüquq modellərini inkişaf etdirir. Bir zamanlar musiqi sənayesi də oturuşana qədər bu əzablı mübahisələri təcrübədən keçirib.

Rəqəmsal formatın peyda olması və yayılması qiraətin bütün aspektlərinə təsir edib. Yalnız bu həftə HarperCollins yeni təşəbbüsünə görə tənqid olunub.

Şirkət kitabxanaların aldığı e-kitabların oxuculara verilmə sayını məhdudlaşdırmağı planlaşdırır.

Yəni, bir e-kitabın 25-30 dəfə deyil, məhdud sayda oxuculara verilməsini istəyir.

Bu isə o deməkdir ki, bundan sonra kitabxanalar daha çox e-kitab nüsxəsi almalı olacaqlar.

E-kitabların oxucuları təkcə entuziast gənclərdir deyil. Son araşdırmalara görə, gənclərlə müqayisədə 55 yaşından yuxarı adamlar daha çox e-kitabın sahibidir.

Ancaq bu o anlamı vermir ki, çap nəşrləri tamamilə sıradan çıxacaq, ən azından yaxın zamanlarda belə olmayacaq.

E-kitabların digər üstünlükləri ilə yanaşı o daşınandır, müasirdir, yəni məzuniyyətə, istirahətə gedərkən baqajın imkanlarını aşmadan istənilən qədər ədəbiyyatı özünüzlə götürmək imkanı verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG