Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:35

Gaddafiyə qarşı beynəlxalq istintaq başlanır


Haaqadakı Beynəlxalq Cinayət məhkəməsi Liviya lideri Muammar Gaddafi və onun ətrafının insanlara qarşı törətdiyi cinayətlərlə bağlı istintaqa başlayacaq.

Bu barədə məhkəmənin baş prokuroru Luis Moreno Ocampo bildirib.

O Muammar Gaddafi, onun bir neçə oğlu və yaxın ətrafının de-fakto cavabdehli daşıdığını deyib.

Moreno Ocampo bildirib ki, Gaddafiyə sadiq qüvvələr ölkənin bir neçə şəhərində dinc nümayişçilərə hücum edib və bu cavabsız qalmayacaq.

Məlumatlara görə Gaddafiyə sadiq qüvvələr yenidən ölkənin şəqrində etirazçıların mövqelərini bombalayıb.

Şahidlər zərbələrin Breqa şəhərindəki hava limanı və üsyançıların Acdabiya şəhərindəki mövqelərinə vurulduğunu deyirlər.
XS
SM
MD
LG