Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 15:44

Müdafiə sənayesi nazirliyinin yeni müəssisəsi açillıb


Martın 3-də prezident İlham Əliyev Buzovna qəsəbəsində Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co” müəssisəsinin açılışında iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, müəssisədə 5 yeni istehsal sahəsi yaradılıb, müasir texnoloji avadanlıq quraşdırılıb.

İlham Əliyev xarici mütəxəssislərlə söhbət etdikdən sonra müəssisədə istehsal olunan məhsulları əks etdirən videofilmə baxıb. Dövlət başçısı müəssisənin istehsal sahələrini gəzib, texnoloji prosesi izləyib. /AzərTAc/
XS
SM
MD
LG