Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:17

Korrupsiya ilə mübarizə Dünya Bankının qrantı ilə əlaqədar deyil


Azərbaycanda Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində ən vacib şərtlərdən biri də ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulmasıdır. Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «Azərbaycan» qəzetinə müsahibəsində bildirib.

Şöbə müdiri bildirib ki, «son illər məhkəmə sistemində həyata keçirilən islahatlar belə neqativ halların aradan qaldırılmasına yönəldilib».

Fuad Ələsgərov bildirib ki, fiziki və hüquqi şəxslər hakimlər barəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı birbaşa Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər.

O, ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni Dünya Bankının hansısa qrantı ilə əlaqələndirməyi düzgün hesab etməyib və bildirib ki, bir çox sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq mövcuddur və belə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
XS
SM
MD
LG