Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 22:01

Əfqanıstanın Kunar əyalətində etiraz aksiyası keçirilib

Əfqanıstanın Kunar əyalətində yüzlərlə yerli sakin etiraz aksiyasına çıxıb.

Beynəlxalq koalisiya qüvvələrini 7-9 yaş arasında olan bir neçə uşağın ölümündə ittiham edən aksiyaşılar Amerika və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Yerli məmurların sözlərinə görə, uşaqlar çərşənbə axşamı NATO təyyarələrinin səhvən bölgəni bombalaması nəticəsində ölüblər.

NATO komandanlığı hadisəylə bağlı araşdırma aparır.
This item is part of
XS
SM
MD
LG