Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:53

İran rəsmiləri müxalifət liderlərinin həbsini təkzib edir


İran müxalifəti bu gün liderlərinin həbsinə etiraz olaraq nümayişlər keçirməyi planlaşdırır. Fevralın son günü keçmiş prezidentliyə namizədlər Mir Husseyn Musavi və Mehdi Karrubi Tehran həbsxanasına aparılıblar.

Müxlaifət liderləri fevralın 14-də Tunis və Misir xalqıyla həmrəylik mitinqinə çağırandan sonra ev dustağı edilmişdilər.

ABŞ həbsin yolverilməz olduğunu bildirib və keçmiş namizədləri azadlığa buraxmağa çağırıb.

İran rəsmiləri müxalifət liderlərinin həbs olunduğunu təkzib edirlər. Baş prokurorluq xəbərləri isftira adlandırıb, amma Karrubi və Musavi-nin haarada olduğunu deməyib.
Xarici İşlər Nazirliyi isə bu xəbərləri ölkədə növbəti təxribat yaratmaq cəhdi adlandırıb.
XS
SM
MD
LG