Samux Asfalt Beton zavodunun direktoru Nəsrulla Nəzərov deyir ki, 3 ilə yaxındır rayonun icra hakimiyyəti müəssisəyə olan 334 min manat borcunu vermir. Nəsrulla Nəzərov bildirir ki, 2006-cı ildə bağlanmış müqaviləyə əsasən, rayonun 80 faiz yollarını abadlaşdırıblar. Gördükləri işin haqqını ala bilmədiklərindən 120-yə yaxın işçinin maaşını da verə bilmirlər. Müəssisə direktorunun sözlərinə görə, rayonun icra hakimiyyətinin başçısı ilə dəfələrlə görüşüb. Hər dəfəsində də icra başçısı Vilyam Hacıyev deyib ki, «pul verilməyəcək, kimə şikayət edirsən et».
«7 kilometrə yaxın yol asfaltlamışıq, 2006-2007-ci illərdə 334 min manat dəyərində iş görülüb. Söz vermişdi ki, 2008-ci ilin əvvəlində borcu verəcək. Amma sonra da dedi ki, «vermirəm, get kimə deyirsən de». 2 il yarımdır ki, məhkəmələrdəyik. 7 məhkəməni udduq. Qətnamə bizim xeyrimizə oldu, sonra qətnaməni yönəltdilər. Kəpəz rayon Məhkəməsinin icraçıları qətnaməni icra başçısının xeyrinə icra ediblər. Hansı yollasa vəzifəsindən sui-istifadə elədi, bizim verilmiş qətnaməmizi ləğv etdilər.
Vermişik Konstitusiya Məhkəməsinə, o da düzgün baxmasa, verəcəyik Avropa Məhkəməsinə».
ZAVODUN İŞÇİLƏRİNƏ OLAN BORCU 70 MİN MANATI KEÇİB
Nəsrulla Nəzərov bildirir ki, əldə vəsaitləri olmadığından müəssisədə iş dayanır, xammal ala bilmədiklərindən sifarişləri də qəbul edə bilmirlər. Zavodun işçilərinə olan borcu 70 min manatı keçib.
Zavodda fəhlə işləyən Həsrət Abdullayevsə özünün və digər işçilərin maaş gözlədiyini deyir:
İŞSİZ QALDIQ, AİLƏMİZİ DOLANDIRA BİLMİRİK
«80-dən artıq adam əməkhaqqı alır buradan. Onların da hərəsinin 3-4 nəfərlik ailəsi. 200-230 adam eləyir. Alacağımızı ala bilmirik. Gözləyirik yəqin haqq ədalət yerini alar. Çoxdandır maaşımız verilmir. Vəziyyətimiz pisləşir. O vaxtı alırdıq, yaxşı işləyirdik, yaxşı maaş alırdıq».
Fəhlə Kamandar Əliyev:
«Bütün problemlər pulla həll olunur. Nəinki ailədə, elə zavodda da problemlər yaranır. Başqa şirkətlərlə işləyə bilmirik. Çünki pulumuzu vermirlər, xammal alıb başqa şirkətlərin sifarişlərini yerinə yetirə bilmirik. Uşaqlar hazırlığa gedirlər, oxuyurlar, pul lazımdır, qışda ayaqqabı lazımdır. Hər şey bahalanıb».
«VİLYAM HACIYEVİN ADINI ÇƏKMƏSİNLƏR»
Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin özü ilə danışmaq istədik. Amma müavini Tahir Qarayev dedi ki, Vilyam Hacıyev məşğuldur, onun əvəzinə özü danışa bilər:
«Vilyam müəllimin adını nahaq çəkirlər. Vilyam müəllim icra hakimiyyətinin başçısıdır. O işləri - layihə və s. işləri arxitektura şöbəsinə tapşırır. Elə söhbət olmayıb, hər şey qanun çərçivəsində olub. Məhkəmə qanunun aliliyini qoruyan bir orqandır. O da qərar verib. Arxitektura şöbəsindən lazımi məlumatları öyrənə bilərsiz. Əsaslı-əsassız məhkəmə qərarları var. Hər halda məhkəmə son qərarları veribdir».
İcra hakimiyyətinin arxitektura şöbəsinə müraciət etdik. Şöbənin rəisi Əsgər Həsənov bildirdi ki, müəssisə ilə icra hakimiyyəti arasında qanuni müqavilə imzalanıb:
«Məhkəmə baxıb o işə, qərarını da verib. Bunlarla icra hakimiyyəti arasında müqavilə olub - 1 milyon həcmdə. Sonra bunlar işi dayandırıblar ki, əlavə iş də görmüşük, onun da məbləği bu qədər edir, ödənilməlidir. 344 min manat yazıblar. Müqavilənin bəndində göstərilir ki, əlavə iş görülərsə, yenidən müqavilə bağlanmalı və onun pulu ödənilməlidir. Müqavilə yoxdur, özləri üçün nə iş görüblər özləri bilərlər».
DÖVLƏT ŞİRKƏTLƏRİ SAHİBKARLARI ALDADIR
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, dövlət təşkilatları tərəfindən sahibkarların aldadılması son vaxtlar çox populyarlaşıb. Mütəxəssis məsləhət görür ki, hüquqlarını tələb etmək üçün ən yuxarı instansiyalara müraciət etsinlər:
«Xeyli sayda dövlət şirkətləri var ki, özəl şirkətlərə sifariş verib, iş gördürür, sonra pullarını vermirlər. Təkcə icra hakimiyyətləri yox, iri təsərrüfat subyektləri, inhisarçı şirkətlər var ki, onların hamısı sifariş verib pul vermirlər”.
O ki qaldı maaşsız qalan 120 fəhlənin aqibətinə, Sahib Məmmədov bildirir ki, işçinin pulu ödənilməlidir. İşəgötürənin sifarişçi şirkətlə mübahisəsinin işçiyə aidiyyəti yoxdur, işçinin maaşı ödənməlidir. Hüquqşünas onu da qeyd edir ki, Əmək Məcəlləsində hər gecikdirilmiş gün üçün işçi işəgötürənə 1 faiz tələb qoya bilər.