Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

İranın keçmiş prezidenti müxalifət liderlərini azad etməyə çağırıb


İranın keçmiş prezidenti Mohammad Khatami hökuməti fevralın 14-dən ev dustağı olan müxalifət liserləri Mir Hossein Musavi ilə Mehdi Karoubini azad etməyə çağırıb.

Khatami belə bir bəyanatla özünün internet saytında çıxış edib.

Keçmiş prezident İran təqvimi ilə ieni ilin başlanğıcı-martın 20-dən ölkədə ev dustaqlığı və məhdudiyyətlərə son qoyulacağı, məhbusların azad ediləcəyi və xalqın səsinin eşidiləcəyi təhlükəsiz və azad mühit yaradılacağına ümidlə yanaşdığını bildirib.

Khatəmi 1997- 2005-ci ildə İranın prezidenti olub.

Müxalifət bəyan edib ki, əgər hakimiyyət müxalifət liderlərini azad eləməsə etiraz aksiyalarına başlayacaqlar.
XS
SM
MD
LG