Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

Azərbaycan diasporu Ermənistanın Parisdəki səfirliyi qarşında aksiya keçirib


Parisin “Chatelet” meydanında Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı aksiya keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Fransız Gənclik Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən aksiyaya Paris və digər şəhərlərdə təhsil alan tələbələrlə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qoşulublar.

Üç saatdan artıq davam edə aksiyada “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi də keçirilib.

Qarabağ həqiqətlərini Fransa və dünya ictimaiyyətinə çatdırmaq üçün şəhər sakinlərinə materiallar paylanılıb.

Daha sonra aksiyaçılar “Xocalıya Ədalət!”, “Qarabağa azadlıq!” şüarları ilə Ermənistanın Fransadakı səfirliyinin qarşısına yürüş ediblər.

Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər çərçivəsində Parisin “Madlen” kilsəsində rəsmi anım mərasimi də keçiriləcək.
XS
SM
MD
LG