Keçid linkləri

2025, 11 İyun, çərşənbə, Bakı vaxtı 15:29

İraqın şimalındakı iri neftayırma zavodu partladılıb


Yaraqlılar şənbə günü İraqın şimalındakı Baiji şəhərindəki iri neftayırma zavodunu partladıblar.

Hücum zamanı müəssisənin 4 işçisi öldürülüb, zavodda yanğın başlayıb.

Salahuddin əyalətinin qubernatoru Ahmed al Jubouri alovla mübarizəyə 50 yanğınsöndürən maşın cəlb edildiyini deyir.

Bu şəhər Bağdadın 180 kilometrliyində yerləşir.

Bu zavodun gün ərzində istehsal gücü 150 min bareldir və müəssisədə istehsal edilən yanacaq ölkənin daxili təlabatına sərf olunur.
XS
SM
MD
LG