Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

BMT-nin Liviya ilə bağlı qətnamə qəbul edəcəyi gözlənilir


BMT-nin baş katibi Ban Ki Moon təşkilatı Liviyada qan tökülməsinin qarşısını almaq üçün təcili hərəkət etməyəı çağırıb.

Ban Ki Moon Liviyada vəziyyətin həddən artıq çətin olduğunu , ölkədə gedən toqquşmalarda böyük itkilər barədə yeni məlumatlar olduğunu bildirib.

BMT-nin təhlükəsilik şurası bu gün Liviyayla bağlı qətnamə qəbul edə bilər.

Sənəddə Liviya hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsi, habelə məsələnin Haaqadakı beynəlxalq tribunala verilməsinin mümkünlüyü nəzərdə tutulur.

Artıq Birləşmiş Ştatlar Liviyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib.

Bu sanksiyalarda Gaddafi və onun ətrafının bank hesablarının dondurulması, Liviya hökumətilə istənilən bank əməliyyatının qadağan edilməsi və bu ölkəyə hərbi təyinatlı yüklər göndərilməsinə embarqo qoyulması nəzərdə tutulur.

Muammar Gaddafi isə dünən paytaxt Tripolidə tərəfdarları qarşısında çıxış edərkən hökumət əleyhinə nümayişləri boğmağa çağırıb.

O zalqala bir olduğunu, mübarizə aparacağını və Liviyanı ləkələmək istəyənlərin məhv ediləcəyini bildirib.

Məlumatlara görə Liviyada baş verən toqquşmalarda yüzlərlə, hətta ola bilsin ki, minlərlə adam ölüb.
XS
SM
MD
LG