Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 14:56

ABŞ Dövlət katibinin birinci müavini Bakıdadır


ABŞ Dövlət katibinin birinci müavini James B. Steinberg Azərbaycana səfərə gəlib.

O, hava limanında səfərinin məqsədi ilə bağlı jurnalistlərə qısa açıqlama verib. Bildirib ki, bir gün davam edəcək səfər çərçivəsində o, prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, korrupsiya və demokratiya məsələləri müzakirə olunacaq.

James B. Steinbergi Azərbaycana səfərində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Philip Gordon müşayiət edir.

Azərbaycana gəlməzdən əvvəl ABŞ rəsmiləri Ermənistan və Gürcüstanda olublar.
XS
SM
MD
LG