Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Sarkozi Liviyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb


İtaliyanın xarici işlər naziri Franco Frattini Liviya prezidenti Muammar Gaddafinin öləkinin şərqindəki əyalətlərdən birində nəzarəti itirdiyini xəbər verir.

Nazir bunu Tripolidəki İtaliya səfirliyinə istinadla xəbər verir.

Frattini hesab edir ki, Liviyada baş verən iğtişaşlarda 1000-ə yaxın adam ölüb.

Fransa prezidenti Nikole Sarkozy isə Avropa Birliyini Liviyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Muammar Gaddafi dünən televiziyayla çıxışında son damla qanınadək vuruşacağını bildirib və tərəfdarlarını mübarizəyə çağırıb.

Məlumatlara görə ölkədə baş verən iştişaşlarda azı 300 adam ölüb.

BMT-nin təhlükəsizlik şurası dünən nümayişçilərə qarşı güc tətbiq edilməsini ittiham edib və hakimiyyəti aksiyaçıların qanuni tələblərini yerinə yetirməyə çağırıb.
XS
SM
MD
LG