Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:04

Azərbaycanda ən çox pivə içirlərmiş


Azərbaycanda il ərzində orta hesabla 15 yaşdan yuxarı adambaşına 10.6 litr spirtli içki içilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında belə deyilir.

Azərbaycan 188 ölkə arasında 38-ci yeri tutub.

Araşdırmanın nəticələrinə əsasən, Azərbaycanda spirtli içkidən istifadə edənlərin 87 faizi pivəyə üstünlük verir (Adambaşına orta hesabla 7 litr düşür).

İkinci yerdə çaxırdı, ondan istifadə edənlər 12 faiz təşkil edir. Adambaşına orta hesabla 30 qram düşür.

Arağa və başqa alkoqollu içkilərə üstünlük verənlərin sayı isə 1 faizdir, adambaşına orta hesabla 1 litr araq düşür.

Sakinlər spirtli içkilərdən zəhərlənmə ehtimalını 5 ballı şkala ilə 3 balla qiymətləndiriblər.

«ALKOQOL REYTİNQİNDƏ» İKİNCİ YER


Azərbaycan Cənubi Qafqaz ölkələri arasındakı «alkoqol reytinqində» ikinci yerdədir.

Dünya ölkələri arasında 31-ci yeri tutan Ermənistanda il ərzində adambaşına 11.35 litr spirtli içki istehlak edilir. Gürcüstan isə adambaşına düşən 6.4 litrlik spirtli içki ilə 87-ci yerdədir.

Azərbaycanı həm də «müsəlman əhali arasında ən çox içən ölkə» də adlandırmaq olar.

Hərçənd, Qazaxıstan ildə adambaşına düşən 10.96 litrlik içki ilə Azərbaycanı 360 qram qabaqlayır. Rəsmi statistika ilə razılaşsaq, Azərbaycanda əhalinin 93 faizi, Qazaxıstanda isə 47 faizi müsəlmandır.

«ƏN ÇOX İÇƏN ÖLKƏ» MOLDOVADIR

Sən demə, «Ən çox içən ölkə» Moldovadır. ÜST-ün hesabatında deyilir ki, Moldovada adambaşına 18.22 litr spirtli içki düşür.

İlk beşliyə 16.45 litr içki istehlakı ilə Çexiya da daxildir.

Macarıstan – 16.27, Rusiya -15.76, Ukrayna isə -15.6 litr ilə ilk beşliyi bəzəyiblər.

ÜST qeyd edir ki, Moldova, İsrail, Xorvatiya və Ukraynada dövlət büdcəsində alkoqolizmdən müalicə üçün xüsusi maddə var.

Dünyada ölümün səbəbləri arasında spirtli içkilərə həddindən artıq aludə də yer tutur, ölənlərin 4 faizinin sonuna həddindən artıq alkoqol qəbul etmək çıxıb.
XS
SM
MD
LG