Yeni Zellandiyada baş verən 6,3 ballıq zəlzələdə azı 65 adam ölüb. Yei Zellandiyanın baş naziri John Key ölənlərin siyahısını açıqlayıb və bidirib ki, ölənlərin sayının artacağı ehtimalı var.
Yeni Zellandiyanın ikinci böyük şəhəri olan Kraystçörçdə zəlzələ günorta saatlarında olub. Zəlzələ nəticəsində binalar dağılıb, küçələr xarabalıga çevrilib. Hökumət şəhərdə fövqəladə vəziyyət elan edib.
Bu, Kraystçörçdə son beş ay ərzində baş verən ikkinci zəlzələdir. Ötən ilin sentyabrında baş verən zəlzələnin gücü isə 7.1 gücündə olub.