Qanunsuz mobil telefon lisenziyası satışında iştirakına görə Hindistanın baş naziri Manmohan Sinqhə təzyiqlər artmaqdadır.
Hərçənd baş nazir istefaya getməyi düşünmür. O talançılıqda vəzifədən qovulmuş, indi həbsdə olan telekommunikasiya nazirini ittiham edir.
QALMAQALIN SƏDASI MAQNATLARA DA ÇATDI
Hindistan bəlkə də 39 milyard dollara qədər gəlir itirib. 2007-2008-ci illərdə Telekomunikasiya Nazirliyi radio-diapazon üzrə lisenziyanı bazar qiymətindən ucuz satdığına görə. Bunu dövlət müfəttişi deyir.
Qalmaqal getdikcə böyüyür. Hindistanın iki maqnatı bu həftə həmin məsələylə bağlı dindirilib. Onlardan biri Anil Ambanidir. Hindistanın Reliance Communications adlı mobil operatorunun sahibidir.
İkincisisə Prashant Ruiadır, Essar Groupun rəhbəridir.
Hindistanın Müfəttişı və Baş Audiotorunun noyabrda açıqlanan hesabatına görə, lisenziya verilərkən qaydalara əməl edilməyib, tələblərə uyğun gəməyən şirkətlər qalib olublar.
Həmin hesabatdan sonra telekommunikasiya naziri Andimuthu Raja işdən çıxarılıb. Bu aysa həbs edilib.
Raja özüsə ittihamları rədd edir.
ŞİRKƏTLƏR TƏKZİB EDİR
Bu ay Mərkəzi Federal Araşdırmalar Bürosu DB Realty-nin icraçı direktorunu və Etisalat DB-nin sədr müavinini də həbs edib.
Etisalat DB birgə müəssisədir, onu DB Group, DB Realty və Abu-Dhabi Etisalat yaradıb.
DB Groupun Swan Telecomdakı 45 faizlik hissələri Etisalata satılıb. Bundan sonra nazir Raja operator şərtlərə uyğun gəlməsə də, ona lisenziya verib.
Hesabatda o da deyilir ki, yetərincə kapitalı olmamasına baxmayaraq Unitech şirkətinə də lisenziya verilib.
Bütün şirkətlər qanun pozuntusu haqda deyilənləri təkzib ediblər, lisenziyanı qanun çərçivəsində aldıqlarını bildiriblər.
BAŞQA TELEKOMMUNİKASİYA QALMAQALI
Hindistanın kosmik agentliyi də araşdırılır. 2005-ci ildə özəl şirkətin təklif etdiyi internet xətt dövlətə 2 trilyon rupiyə, yəni 44 milyard dollara başa gəlib.
Hökumətin tənqidlərinə cavab olaraq Kosmik Araşdırmalar Təşkilatı həmin şirkətlə müqaviləni ləğv edib.
Kosmik sahəyə şəxsən nəzarət edən baş nazir Singh isə fevralın əvvəlindən itkilərə yol verilmədiyini bəyan edib.
S zolaqlı spektr Hindistanda indilik geniş istifadə olunmasa da, ölkənin mobil telefon bazarı gün-gündən böyüməkdədir. Bu baxımdan onun ölkə üçün önəmi getdikcə artır.
Kosmik Araşdırmalar Təşkilatı bildirib ki, müqavilə bağladıqları Devas Multimedia bu qiymətli resursun dəyərini qiymətləndirə bilməyib.
BANKLAR KREDİTİ NECƏ VERİRLƏRMİŞ
Hindistan banklarının rəsmiləri, kreditorlar və maliyyə şirkətləri də rüşvətdə ittiham olunurlar. Onlar müştəriyə sərfəli borc vermək üçün rüşvət istəyirlərmiş.
Hindistanın Federal Araşdırmalar Agentliyi noyabrda 8 nəfəri həbs edib.
Onların arasında LIC Housing Finance rəhbəri, dövlətin olan Hindistan Mərkəzi Bankının, Punjab Milli Bankın və Bank of Indianın rəhbərləri də var.
Rüşvət vasitəçi şirkətin əliylə verilirmiş.
STADİONLARA TÖKÜLƏN MİLYARDLAR
6 milyarda başa gələn idman feeriyası da şübhələrə səbəb olub. Burdada korrupsiya izləri araşdırılır. Xüsusən də avadanlıqların alınması, bəzi müqavilələrin bağlanmasında.
Stadionların və başqa oyun infrastrukturlarının tikintisi üçün tenderlərin inhisarı, hesabların şişirdilməsi, xüsusən də avadanlığın, tualet kağızının qiymətinin baha göstərilməsi deyilənlərin təsdiqidir.
Bu məsələni bir neçə qurum ciddi araşdırır.
UCUZA SATILAN MİLYONLUQ EVLƏR
Konqres partiyasının üzvləri, bürokratlar və hərbi məmurlar Mumbaidə müharibədə dul qalanlara tikilmiş dəbdəbəli mənzillərin götürməkdə ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının yoxlamalarından sonra Ətraf Mühit Nazirliyi yanvarda 31 mərtəbəli binanın sökülməsi ilə bağlı göstəriş verib. Ətraf mühitə təsirinə və torpaqdan istifadə qaydalarını pozduqlarına görə.
Üzü dənizə olan 103 mənzilli bina Mumbainin ən bahalı bölgəsində tikilib. Həmin mənzillər 130 000 dollara satılsa da, yerli əhali onun 1,8 milyon qiyməti olduğunu deyir.
Sayta hazırladı: Şahnaz Bəylərqızı