Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Bəhreyin müxalifəti dialoq üçün şərtlər irəli sürüb


Bəhreyin müxalifəti hakimiyyətlə dialoqa başlamaq üçün şərtlər irəli sürüb.

Müxalifət hökumətin istefasını,siyasi məhbusların azad edilməsini və hökumət əleyhinə nümayişlərdə aksiyaçıların öldürülməsilə bağlı istintaq aparılmasını tələb edir.

Həftə ərzində ölkədə təhlükəsizlik qüvvələrilə baş vermiş toqquşmalarda 6 adam ölüb.

Minlərlə nümayişçi gecəni paytaxt Manamanın mərkəzi meydanında keçirib.

Şənbə günü ordu şəhərin mərkəzindən çəkildikdən sonra nümayişçilər meydana girərək düşərgə salıblar.

Bəhreyni sünni azlığı idarə edir.

Müxalifət hökumətin istefasını və ölkədə şilərə qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edir.
XS
SM
MD
LG