Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 02:59

FHN-nin 12 əməkdaşına cinayət işi açılıb


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov
Korrupsiya əməlinə görə Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşı haqqında cinayət işi açılıb. Onlardan 4-ü nazirliyin vəzifəli şəxsləridir.

Bu barədə fevralın 18-də 2010-cu ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Kəmaləddin Heydərov məlumat verib.

O deyib ki, 2010-cu ildə əməkdaşların qanunsuz hərəkətləri ilə bağlı nazirliyə 58 müraciət daxil olub. Həmin müraciətlər, eləcə də daxil olan məlumatlar əsasında aparılan araşdırmalar zamanı cinayət xarakterli hallar aşkar edilib. Həmin materiallar əsasında 12 cinayət işi başlanılıb. Onlardan 4-ü nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı olub. 2 cinayət işi üzrə isə nazirliyin 4 əməkdaşı məhkum edilib.

Bundan başqa, Kəmaləddin Heydərov 2010-cu ildə nazirliyin 48 əməkdaşı barəsində intizam tənbehlərin görüldüyünü deyib. Onlardan 18-i işdən azad edilib, 2 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 əməkdaş vəzifəsindən azad edilib, 24 əməkdaş barəsində isə intizam tənbehləri tətbiq edilib.
XS
SM
MD
LG