Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 15:28

Bakının mərkəzində bomba həyəcanı


Şübhəli əşyanın boş ayaqqabı
Fevralın 18-də saat 18:00 radələrində paytaxtın Bülbül prospektində bomba həyəcanı yaşanıb.

Küçəyə qoyulan naməlum yeşik barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat verildikdən sonra əraziyə polislər gəlib. Yeşik 45 dəqiqə mühasirəyə alınıb, yeraltı keçid bağlanıb, vətəndaşlar ərazidən uzaqlaşdırılıb, avtomobillərin hərəkəti nəzarətdə saxlanılıb. Bundan başqa, əraziyə təcili yardım maşınları da cəlb edilmişdi.

Nəsimi rayon polisinin əməkdaşının AzadlıqRadiosuna dediyinə görə, yoxlama aparılıb və şübhəli əşyanın boş ayaqqabı qutusu olduğu bəlli olub.



XS
SM
MD
LG