Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 13:54

Nadir Məmmədovun qardaşı azadlığa buraxılıb

Naxçıvan Daxili İşlər nazirinin işgəncə verdiyi iddia edilən Nadir Məmmədovun qardaşı Kərəm Məmmədov azadlığa buraxılıb.

Bu haqda AzdlıqRadiosuna Nadir Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə Naxçıvan MR DİN-də qardaşına təzyiq göstərilməyib:

«Kərəmi bir neçə saat sorğu-sual ediblər. Ona əsasən mənim harada olduğum barədə suallar verilib. Qardaşım bu haqda məlumatsız olduğunu bildirdikdən sonra onu evə buraxıblar».

Nadir Məmmədov AzadlıqRadiosuna bildirmişdi ki, Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədov fevralın 15-də öz kabinetində ona işgəncə verib. Nazirin yanından ayrılandan sonra isə gecəylə Bakıya gəlib. Nadir Məmmədov təhlükəsizliyi təmin olunmayınca Naxçıvana qayıtmayacağını bildirib.
This item is part of
XS
SM
MD
LG