Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:56

Bəhreyndə öldürülmüş müxalifətçilər dəfn edilib


Bəhreyndə minlərlə şiə dünən gecə öldürülmüş müxalifətçilərin dəfnində iştirak edib. Dəfn mərasimində iştirak edənlər hökumət əleyhinə şüarlar səsləndiriblər.

Dünən gecə paytaxt Manamada nümayişçilərin çadırlarının dağıdılması zamanı 4 nəfər öldürülüb. 200-ə yaxın adam yaralanıb.

Aksiyaların dağıdılmasında sonra ordu nəzarəti ələ alıb. Küçələrə zirehli texnika çıxarılır. Adamlara qrup şəklində toplaşmaq qadağan edilib.

Bəhreyndə müxalifət yeni konstitusiyanın qəbul olunmasını, hökumətin seçki yolu ilə formalaşdırılmasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb edirdi.
XS
SM
MD
LG