Liviyada hakimiyyət əleyhinə ayağa qalxanlar bu günü "Qəzəb günü" adlandırıblar. Misir və Tunis üsyanlarından ruhlanan liviyalılar da etiraz aksiyalarına çıxıblar.
Liviya lideri Məhəmməd Qəddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir, ərəb ölkələrində ən uzun ömürlü dövlət rəhbəridir.
İctimai aksiyalar Liviyada nadir haldır.
Bu günə cağrılan etiraz aksiyaların elanı sosial internet şəbəkələrində yayılıb.
Bu həftənin ikinci günü Bənqezi şəhərində etiraz aksiyasına çıxanlarla polis və hökumət tərəfdarları arasında qarşıdurma olub. Bu olayda arasında polis də olan 30 nəfər yaralanmışdı.