Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 05:35

Azərbaycanda qarlı hava davam edəcək


Sabah da Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək, qar yağacaq.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti təşkil edəcək.
Gecə və səhər şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
XS
SM
MD
LG