Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 03:55

«Doktoranturaya qəbul planı tezliklə təsdiq olunacaq»


«Qəbul əvvəlki illərdən də xeyli tez olacaq».
«Qəbul əvvəlki illərdən də xeyli tez olacaq».
«Doktorantura ilə bağlı ümumi qaydalar artıq Azərbaycan Nazirlər Kabineti tərəfindən qəbul olunub. İndi konkret olaraq hansı təhsil müəssisələrinə nə qədər yer veriləcəyi ilə bağlı çox ciddi iş gedir».

Bunu «APA» ya açıqlamasında Baş nazirin müavini Elçin Əfəndiyev deyib.

E. Əfəndiyev bildirib ki, bununla bağlı əlaqədar təşkilatlarla müzakirələr aparılır:

«Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar da bu müzakirələrə qoşulub. Çox yaxın gələcəkdə qəbul planı təsdiq olunacaq».

Qəbulun nə zaman olunacağı barədə suala isə Baş nazirin müavini belə cavab verib:

«Bu, əvvəlki illərdən də xeyli tez olacaq».
XS
SM
MD
LG