Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:23

Obama: "Xalqların dəyişik arzuları nəzə alınmalıdır"


Yaxın Şərqdəki iqtidarlar öz xalqlarının dəyişiklik arzularını nəzərə almalı və dinc yolla bu imkanı onlara verməlidirlər. ABŞ Prezidenti Barak Obama fevralın 15-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında belə deyib.

Obamanın sözlərinə görə, hamıya aydındır ki, regiondakı gənc, daha fəal nəsil daha çox azadlıq istəyir. ABŞ –sa Misirdəki etirazların İran, Bəhreyn, Yəmən və başqa yerlərə yayılmasınının, bu etirazlara veriləcək cavabın regionun sabitliyinə təsirindən narahatdır.
Odur ki, Barak Obama bu etirazalara qarşı zordan istifadə edilməməsinə çağırıb. ABŞ- prezidentinin fikrincə, xalqın səsinə qulaq verməyənlər nəticədə keçmişin bir parçası ola bilərlər.
XS
SM
MD
LG