«YASAMALDA İNQİLAB HƏYƏCANI» adlı məqalə «Azadlıq» qəzetinin manşet yazısıdır.
Qəzet yazır ki, Yasamal rayonu ərazisində orijinal aksiya keçirilib. Səhər insanlar işə gedəndə binaların və obyektlərin «Dünən məscid, bu gün hicab, sabah nə?», «Biz demokratiya və din azadlığı tələb edirik» yazılmış plakatlarla «bəzədildiyi»nin şahidi olublar:
«Plakatlar demək olar ki, bütün rayonu əhatə edib. Olayla bağlı Yasamal polisi ayağa qaldırılıb. Rayonun müxtəlif yerlərində müşahidə aparan «Azadlıq»ın əməkdaşı bildirib ki, həyəcanlı şəkildə plakatları cıran polislər şüarları oxumaq istəyən vətəndaşlara da təzyiq göstəriblər».
Qəzet yazır ki, plakatların kimlərin, nə vaxt yapışdırdığı bəlli deyil. Ehtimal olunur ki, hər şey gecə saatlarında baş verib.
«Yeni Müsavat» qəzeti «ANTİKORRUPSİYA SELİ «AZƏRSU» PREZİDENTİNİ APARDI» başlıqlı məqaləsində bu qurumun prezidenti Nizaməddin Rzayevin işdən çıxarılmasından yazır. Qəzet yazır ki, məmur ovu yüksək vəzifəlilərə çatıb, təmizləmə prosesi davam edəcək.
Qəzet yazır ki, «yarım aylıq antikorrupsiya kampaniyası əməli addımla nəticələndi. Ölkə başçısının sərəncamı ilə dünən «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev vəzifəsindən azad edilib. Artıq yarpaq tökümü başlayıb. N.Rzayevin vəzifəsindən alınmasına gəlincə, məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. İlk öncə qeyd etmək yerinə düşər ki, «Azərsu» prezidenti spiker Oqtay Əsədovun adamı kimi tanınır. Bir neçə gün əvvəl isə ölkə qəzetlərində «Azərsu»nun spikerdən alınması ilə bağlı xəbərlər özünə yer almışdı».
«Yeni Müsavat» yazır ki, «Azərsu»da N.Rzayevə qarşı xeyli müddət idi ki, daxili kampaniya aparılırdı. Müavinlər səviyyəsində aparılan kampaniya sistemdə rüşvət, korrupsiya, özbaşınalıq kimi halların çoxalmasına səbəb olmuşdu. Bu isə «Azərsu»da son vaxtlar mübarizə aparılan bu problemlərin həddindən artıq dərinləşməsinə, bir neçə layihənin, o cümlədən, prezidentin şəxsi nəzarətində olan «Oğuz-Qəbələ-Bakı su kəməri» layihəsinin iflasına səbəb olub:
«Sonuncu layihə Bakının ən böyük dərdini – susuzluq problemini həll etməyə yönəlik, İ.Əliyevin xüsusilə önəm verdiyi bir layihə idi. Ay yarımdır ölkə başçısının iştirakı ilə kəmərin açılışı edilsə də, sonradan məlum oldu ki, kəmərin gətirdiyi suyu Bakının su-kanalizasiya sistemi götürmək iqtidarında deyil».
«Bizim Yol» qəzeti «İSRAİL BAKIDAKI SƏFİRLİYİNİ BAĞLADI» başlıqlı məqaləsində yazır ki, Azərbaycanda terror təhlükəsi ciddiləşir. İsrailin Terrorla Mübarizə Qərargahı vətəndaşlarını bir sıra ölkələrə getməməyə çağırıb ki, həmin dövlətlər siyahısında Azərbaycanın da adı var.
Məsələyə münasibət bildirən «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qəzetə deyib ki, terror haqqında müəyyən informasiyalar var, İsrail də bu məsələyə həssas yanaşan dövlətdir:
«İsrail dünyada terrora ən çox məruz qalan ölkədir. Bu mənada israillilər bir az canfəşanlıq ediblər. Eyni zamanda, bölgədəki proseslərə də ciddi yanaşmaq lazımdır. Misirdə İsrail üçün qeyri-müəyyən situasiya yaranıb. Çünki İsrailin yaxın dostu Mübarək hakimiyyətdən getməli oldu. Misirdə iqtidarda olan hərbiçilərin kiminlə əməkdaşlıq edəcəyi bəlli deyil. Hazırda İranda müxalifət xalqı hakimiyyətə qarşı çıxmağa çağırıb. Görünür ki, bölgədə gərginliyin artacağı ehtimalı yüksəkdir. Mümkündür ki, bu gərginlik İsrail-İran münasibətlərinə də sirayət etsin. Odur ki, İsrail bir qədər ehtiyatlı olmağa üstünlük verir».
«Azərbaycan» qəzeti «KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ ÖZ BƏHRƏSİNİ VERƏCƏK» başlıqlı məqalə dərc edib.
Prezident İlham Əliyevin «Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız – həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq» sitatı məqalənin əvvəlinə çıxarılıb.
Qəzet yazır ki, «istənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
Bu gün siyasi rejimindən və quruluşundan asılı olmayaraq inkişaf prosesində hər bir ölkə bu bəla ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasi iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla davamlı mübarizə aparsın. Belə olmazsa, heç bir dövlət öz cəmiyyətini korrupsiyadan tam təmizlədiyini iddia edə bilməz».