Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 15:54

Lyosa markiz oldu


İspaniya kralı 1-ci Xuan Karlos ötən ilin Nobel mükafatçısı, Peru yazıçısı Mario Varqas Lyosaya markiz titulu verib (Frans-press).

Lyosa Limadakı radiostansiyaların birinə deyib: "Mən krala təşəkkür edirəm, amma onu da demək istərdim ki, mən plebey kimi doğulmuşam, plebey kimi də öləcəm".

Özünü qədim Romada əsilzadə statusu olmayan sıravi sakinlərlə müqayisə edən Lyosa bildirib ki, markiz tituluna layiq görülməyi onun üçün böyük sürpriz olub.

"Çünki günlərin bir günü markiz olacağım indiyəcən heç ağlıma da gəlməyib".

Kral yazıçıya markiz titulunu onun "İspan ədəbiyyatı və dilinin inkişafı sahəsində böyük xidmətlərinə görə" verib.

Həmçinin oxu
Nobel mükafatlı yazıçı xanım siyasətçiyə qarşı
XS
SM
MD
LG