Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:36

Şagirdlər müəllimlərinə gül almayacaqlar?


«8 MARTDA UŞAQLARDAN PUL GÖTÜRMƏYİN, BAŞINIZI BƏLAYA SALMAYIN»

Laçın xanım 50 ilə yaxındı müəllimə işləyir. Biz onun adını şərti təqdim edirik. Onun dediyinə görə, hələ belə təəccübləndiyi olmayıb. İşlədiyi məktəbin direktoru sinif rəhbərlərini yığıb, Pedaqoji Şurada möhkəm-möhkəm tapşırıb ki, 8 martda uşaqlardan pul, ya da hədiyyə götürməsinlər.

«Direktor dedi ki, heç kəsdən heç nə almayın, başınızı ağrıtmayın, bəlaya salmayın. Müəllimlər üçün şagirdlərdən kütləvi şəkildə pul yığılmasın. Biz də məəttəl qaldıq. Uşaqdır, bəlkə 8 martda ürəyindən keçir ki, müəlliminə bir dəstə çiçək alsın? Dedilər ki, çalışın heç nə olmasın. Hamımız bir-birimizin üzünə baxa-baxa qaldıq. Sonra hərə bir yana yozdu. Dedilər ki, yəqin korrupsiya ilə mübarizə aparırlar».

«VALİDEYNLƏRİN QULAĞI DİNCƏLƏR, UŞAQLAR RAHAT NƏFƏS ALAR?»

Laçın müəllimə deyir ki, korrupsiya ilə mübarizə aparmaq istəyirlərsə, niyə məktəbdən başlayırlar.
- Məktəblərdə korrupsiya elə də kök atmayıb ki. Korrupsiya irı, gəlir gətirən təşkilatlardadır. Tutaq ki, bir telefon 300 manatdı, aeraportdan onu 1000 manata güclə keçirirlər. Məktəbdə nə var ki?.. Bir Müəllimlər günüdür, bir də 8 mart beynəlxalq qadınlar günüdür.
- Tutaq ki, şagirdləriniz bir dəstə gül gətirsələr götürməyəcəksiz?
- Güman eləmirəm gətirsinlər. Güldü də, gətirəndə nə olar ki?
- Bəs pul götürən müəllimlərə təsiri olacaqmı bu qərarın?
- Bir halada ki göstəriş var, riskə getməzlər. Valideynlərin qulağı dincələr, uşaqlar da rahat nəfəs alar.

VALİDEYN KOMİTƏLƏRİ

Laçın müəllimə deyir ki, bundan sonra təmir adıyla valideynlərdən pul yığılmayacaq. Bu məqsədlə ayrıca valideyn komitələri yaradılacaq. Məktəbin problemlərini də onlar yoluna qoyacaq.

«15 MANAT YIĞMADILAR»

«Hər ay direktor fondu adıyla yığılan 15 manat bu dəfə müəllimlərdən götürülmədi. Mən də sevincək həmin pula qızıma çoxdan gözaltı etdiyim oyuncağı aldım».

Bunu da Bakı məktəblərindən birində işləyən dinləyicimiz yazır.

«BELƏ OLA HƏMİŞƏ»


Bunu da sürücü Rasim Quliyev deyir. O etiraf edir ki, maşını qadağan olunmuş yerdə saxlayıb, buna görə də evuakator avtomobili cərimə meydançasına aparıb.
- Günah mənimdi. Maşının yanında olmadığım üçün «ştrafnoy»a aparmışdılar. Səhv etmirəmsə, 15 manat ödəyib maşını çıxartdım. Yəni əvvələ baxanda çox rahat.
- Əvvəl olsaydı nə qədər ödəməliydiz?
- Əvvəl rəsmi 44 manat idi, orda da 50 manat alırdılar. Yüz faiz deyirəm, başıma gəlib. Bəzən də sənədləri başqa yerə göndərirdilər, ora da taksiylə get, kimlərisə gör, hamısı əlavə xərciydi. Prezidentimizin bu qərarını hamı dəstəkləyir. Mən vallah bunun daimi olmasına şübhəylə yanaşıram. Amma istərdim ki, daimi ola. Belə ola həmişə!

HƏMİŞƏ BELƏ OLMURMUŞ

Amma təəssüf ki, həmişə belə olmur. Gəncə müxbirimiz xəbər verir ki, günlərdir sürücülər avtomobillərini texniki müayinəndən keçirə bilmirlər. Onlara kompyuterin xarab olduğunu deyirlər. Amma sürücülər hesab edirlər ki, səbəb başqadır. Bu günlərdə Gəncədə olan prezidentin antikorrupsiya çıxışından sonra məmurlar rüşvət almaqdan ehtiyat edirlər, ancaq bu işi pulsuz da görmək istəmirlər.

Başqa misal. Son bir neçə gündür, bəzi meyvə-tərəvəzin, xüsusən də bananın qiyməti bahalaşıb. Ekspertlər bunu da prezidentin çıxışı ilə bağlayırlar.

«TAMAH DİŞİNİ ÇƏKİBLƏR»

İqtisadçı Məhəmməd Talıblı deyir ki, məktəblərdə fond pulu, süpürgə pulu elə də ciddi məbləğ deyil. Buna görə də belə yerlərdə tamah dişlərini çəkiblər, müvəqqəti həmin puldan imtina ediblər. Amma gömrükdə və ya Dövlət Yol Polisində durum fərqlidir.

«Antikorrupsiya tədbirlərinin bu səviyyədə həyata keçirilməsi onu göstərir ki, sistemli, islahatçı addımlar hesabına atılmır. Bu kiçik zamana hesablanmış, repressiv addımlar hesabına həyata keçirilən korrupsiya tədbirlərdir».

«İqtisadçıya görə, hakimiyyət Yaxın Şərqdə baş verənlərdən çəkinir. İndiki məqamda əhalini qıcıqlandırmamağa çalışır. Hökumət təsirli addım atmayıbsa, ictimai vəsait göyə sovrulursa, neft pulu üzərində şəffaflıq yoxdursa antikorrupsiya addımlarından danışmaq olmaz.

Deputat Yevda Abramovsa antikorrupsiya mübarizəsinin müvəqqəti olması fikrini rədd edir. O deyir ki, martda parlament hökumətdən ciddi hesabat tələb edəcək. Hətta onda olan məlumata görə, yaxın günlərdə bəzi yüksək məmurlar vəzifələrini itirməli olacaqlar.

Bir aya bu məsəslə bitməyəcək. Əksinə daha dəhşətli fazaya girir. Ən yüksək dairələrdə planlar hazırlanır. Mexanizmlər hazırlanır. Bununla təkcə antikorrupsiya komissiyası yox, hüquq-mühafizə orqanları da məşgul olcaq. Bu yalniz inqilabala yox, Azərbaycanın nüfuzu ilə bağlıdır».

Necə deyərlər yaşayarıq görərik.
XS
SM
MD
LG