Tim Searchinger («Washinqton Post»)
ƏRZAĞIN QİYMƏTİNİ AŞAĞI SALMAĞIN YOLU
Hər il dünya taxıla daha çox tələbat duyur. Amma bu il dünya fermerləri bu tələbatı ödəyəcək qədər taxıl istehsal etməyib. Dünyada ərzağın qiyməti 2008-ci il ərzaq böhranı səviyyəsini ötür. Milyondan çox adamın qidalanmaq imkanı olmayacaq, yüz milyonlarla kasıb doyumluq yemək tapa bilməyəcək. Ərzaq qiyamı yenidən başlayıb.
Bioyanacaq üçün tələbat istehsalda artım diktə edir. 2004-cü ildən bəri taxıl istehsalında artım olsa da, dünya əhalisinin də sayı artırdı. Eyni zamanda, dövlətlərin də taxıldan bioyanacaq - etanol almaq üçün tələbləri artmışdı.
ƏRZAQ TƏLƏBATI DA ARTIR, BİOYANACAQ TƏLƏBATI DA...
Kənd təsərrüfatı artan ərzaq tələbatı ilə ayaqlaşmağa çalışır, hətta bioyanacaq tələbatını da nəzərə alır, amma hava yaxşı olsa... 2008-ci ildə yaxşı məhsuldarlıq böhranın ötüşdürülməsinə kömək etdi. Ancaq o vaxtdan bəri pis keçən hava yaxşı nəticələr vəd vermədi. Fermerlər üçün yüksək yanacaq qiymətləri və dolların zəifləməsi qiymətlərin qalxmasına səbəb oldu. Amma qiymətin kəllə-çarxa çıxması yalnız o vaxt oldu ki, iri istehlakçılar məhsuldarlığın getdikcə azalacağını hiss etdilər.
Faktorlardan biri Çində ət istehlakının artmasıdır və uzun müddətdir aqrar sahədə tədqiqatlara kifayət qədər investisiya qoyulmur. Ötən il Rusiyada quraqlıq, Avstraliyada daşqınlar bəlkə də iqlim dəyişikliyindən xəbər verir. Həm ərzaq, həm bioyanacaq tələbatını qarşılamaq daha çətin ola bilər.
BƏS ONDA NİYƏ BİOYANACAQ DİQQƏTDƏN KƏNARDA QALIB?
Bioyanacağın rolunu qiymətə təsir edən hava və digər faktorlardan ayırmağa çalışırlar. Amma bu, mümkün deyil, çünki səbəblər bir-birinə bağlıdır. Yaxın Şərqdə siyasi təlatümlər neftin qiymətini qaldırır, Rusiyadakı quraqlıq taxıl məhsuluna təsir edir. 2008-ci ildə də, indi də bəzi ölkələr özlərində buğdanın qiymətini aşağı saxlamaq üçün taxıl ixracatına qadağa qoyub...
İndi ərzaqdan bioyanacaq alınması sürətlənib. Hökumətlər 2020-ci ilə kimi bütün dünyada bioyanacaq istehsalını üçqat artırmağa can atır.
Amma tədqiqatlar sübut edir ki, bioyanacaq alınması məhdudlaşdırılsa, ərzaq qiymətləri aşağı salına bilər. ABŞ Konqresi bu məhdudiyyəti müəyyənləşdirir, Avropa da mandatına yenidən baxmalıdır.
Obama administrasiyası hesab edir ki, bioyanacaq üçün elə resurslar axtarmaq lazımdır ki, bu, ərzaq məsələsinə toxunmasın.
Əks təqdirdə, ərzaq böhranı ciddi fəsadlar yaradacaq.
Tərcümə etdi: Səadət Akifqızı