Misirin paytaxtı Qahirədə minlərlə mitinqçi Təhrir meydanını tərk edib.
Ölkənin yeni rəhbərliyi Ali Hərbi Şuradır.
Ali Hərbi Şura bildirib ki, parlament buraxılır və mövcud konstitusiya dondurulur. Qarşıdakı 6 ay ərzində - yeni seçkilərə qədər hakimiyyət başında ordu olacaq.
Korrupsiya, yoxsul və avtokratiyaya etiraz olaraq keçirilən 18 günlük mitinqlərdən sonra Misirə 30 il rəhbərlik edən prezident Hosni Mubarak fevralın 11-də istefa verib.