Fevralın 15-də İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib.
Səfirlikdən «APA»ya bildiriblər ki, artıq konsulluq şöbəsi də işini davam etdirir, qəbul aparılır.
«BİZ XARİCİ ÖLKƏLƏRİN XƏBƏRDARLIQLARINI ŞƏRH ETMİRİK»
Bunu AzadlıqRadiosuna Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib.
«Nazirlik ölkənin milli təhlükəsizliyi, maraq və mənafelərinə mümkün təhdidlərin qarşının alınması üzrə zəruri, qabaqlayıcı tədbirlər həyata keçirir. Əməliyyat şəraitinə nəzarət olunur».
«Xarici ölkələrin Azərbaycanda terror təhlükəsi xəbərdarlığına əsas varmı» sualının cavabında Arif Babayev buna şərh verə bilməyəcəyini söylədi.
«SƏFİRLİK TEXNİKİ SƏBƏBLƏRDƏN BAĞLANIB»
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail səfirliyinin bağlanmasından xəbərsizdir.
Bunu AzadlıqRadiosuna XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.
«Qanuna görə, hər bir səfirlik fəaliyyətini dayandıranda və bu haqda akkreditə olduğu dövlətə məlumat vermək istəyəndə, nota təqdim edir. Bizə belə bir nota gəlməyib».
İsrailin səfiri Mixail Lavon Lotem «Trend»ə deyib ki, səfirlik texniki səbəblərdən bağlanıb, bütün məsələlər həll olunan kimi səfirlik işini bərpa edəcək.
İSRAİLİN AZƏRBAYCANDAKI SƏFİRLİYİ BAĞLIDIR
Bu haqda AzadlıqRadiosuna səfirlikdən məlumat verilib.
Məlumatda diplomatik nümayəndəliyin qeyri-müəyyən müddətə bağlandığı deyilir. Amma səfirlikdən bağlanma səbəbi və nə zaman açılacağı bildirilmir.
«Hələ ki, bizdə məlumat yoxdur. Zəng edin, yoxlayın. Biz deyəcəyik».
Bu günlərdə İsrail hökuməti vətəndaşlarına xəbərdarlıq edib ki, Azərbaycanda terror təhlükəsi gözləndiyindən bu ölkəyə səfər etməsinlər.
Amma özünü təqdim etməyən səfirlik əməkdaşı diplomatik nümayəndəliyin məhz buna görə bağlanması haqda məlumatı təsdiqləmədi.
«Üzr istəyirəm, bu haqda məlumatımız yoxdur».
Bir qədər əvvəl isə ABŞ və Böyük Britaniya hökumətləri vətəndaşlarına eyni xəbərdarlığı etmişdi.