Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:39

«Mədəniyyət» kanalı işə başlayır


Fevralın 14-də axşam saat 20:30-da «Mədəniyyət» kanalı yayıma başlayacaq.

AzTV-dən verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində kanalın rəsmi açılışı olacaq.

Mədəniyyət kanalı gündüz saat 12-dən gecə saat 2-yə qədər fəaliyyət göstərəcək.

Kanalın əsas fəaliyyət istiqaməti Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etməkdir.
XS
SM
MD
LG