Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

AXCP fəalının ailəsinə yardım kampaniyası başlanır


Həbsdəki AXCP fəalı, narkotik saxlamaqda ittiham olunan Cabbar Savalanın ailəsinə maddi yardım kampaniyasına başlanır.

Bu haqda AzadlıqRadiosuna Cabbar Savalanın Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, kampaniyaya gələn həftədən start veriləcək.

Fevralın 14-dəsə Cabbar Savalanla bağlı iki məhkəmə prosesi olacağı gözlənir.

Bunlardan biri məhkəmənin qərarından apelyasiya şikayətiylə, ikincisi AXCP fəalının həbsi zamanı polisin davranışı ilə bağlıdır.

Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.
İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG