Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

İran rəsmisi deyir ki, Mobarakın istefası qərbpərəst ərəb ölkələrinə dərs olmalıdır


İran rəsmiləri bildirirlər ki, 30 ildir ki, hakimiyyətdə olan Misir prezidenti Hosni MObarakın devrilməsi Qərbin himayə etdiyi digər ərəb liderlərinə xəbərdarlıq olmalıdır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlali deyib ki, Mübarəklə onun qərbdən olan himayədərları Misir xalqının səsini 30 ildən sonra eşitdilər.

İranı ikiüzlülükdə günahlandıran ABŞ rəsmiləri isə bildiriblər ki, Tehranın Misirdə baş verən hadisələrin yayımını dayandırması göstərir ki, İran rejimi ölkədə yeni etiraz dalğasının baş qaldırmasından ehtiyat edir.
XS
SM
MD
LG