Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 19:05

Novruz Məmmədov: «Azərbaycanın hərbi ritorikasının artması təbiidir»


Novruz Məmmədov
«Həm beynəlxalq birliyin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin yeganə vəzifəsi hazırda masa üstündəki təkliflərin Ermənistana qəbul etdirilməsindən ibarətdir».

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibəsində belə deyib.

«Biz Ermənistan tərəfinin stolun üstündə olan təklifləri qəbul etməsini gözləyirik. Azərbaycanın hərbi çağırışlarının artması təbiidir. Çünki biz atıq neçə illərdir danışıqlar aparırıq. Bu danışıqlar hələlik istədiyimiz nəticəni vermədiyi üçün Azərbaycan prezidenti torpaqlarımızı Azərbaycanın öz ordusunun azad etməsi hüququnu ortaya qoyur və bu da təbiidir», - deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.
XS
SM
MD
LG