Keçid linkləri

2026, 17 Yanvar, şənbə, Bakı vaxtı 17:52

Əhməd Davutoğlu Gürcüstana gəlir


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fevralın 11-də Gürcüstana səfər edəcək.

ANS PRESS-in Gürcüstan kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Davutoğlu gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə paytaxt Tbilisi və Batumidə görüşlər keçirəcək.

Səfər çərçivəsində Türkiyə ilə Gürcüstan arasında “Gürcü tarixi abidələrinin reabilitasiya olunması haqqında memorandum”un rəsmiləşdirilməsi planlaşdırılmayıb.

Amma tərəflərin bu məsələyə toxunmayacağı istisna deyil.

Əhməd Davudoğlunun səfəri iki gün sürəcək.
XS
SM
MD
LG